Bakıdakı ən yaxşı restoranı kəşf edin - FOMO Baku!
RESTAURANT
B4 – Xəzər dənizi sahilində yerləşən və 120 nəfər üçün nəzərdə tutulan panoramik restorandır. Bizim menyumuzda “Omela”, “Beluga”, “Lucky Izakaya Bar” kimi məkanlarda və “Cho” Asiya bistrosunda kulinariya məharəti ilə tanınan aşpaz Vladislav Porodnya tərəfindən hazırlanmış Asiya mətbəxi təqdim olunur.
Aşpaz Vladislav Porodnya Asiyanın incəsənət və mədəniyyət zənginliyindən ilhamlanaraq kulinariya şedevrləri yaradır. Restoranımızda hər bir yemək incə zövqləri misilsiz estetika ilə birləşdirərək əsl sənət əsərinə çevrilir. Məqsədimiz təkcə qeyri-adi qastronomik təcrübə təqdim etmək deyil, həm də qonaqları Asiya mətbəxinin atmosferinə qərq etməkdir.
Restoranın yüksək keyfiyyətə əsaslanan menyusuna dünyanın hər yerindən diqqətlə seçilmiş inqrediyentlər daxildir. Hər bir yeməyin öz ətirini və dadını maksimum dərəcədə təqdim edə bilməsi üçün biz yalnız təzə və ekoloji cəhətdən təmiz komponentlərdən istifadə edirik.
Bizim müxtəlif çeşidli yeməklərimizlə Hindistandan Yaponiyaya kulinariya səyahətinə hazırlaşın – zərif hind körilərindən tutmuş və peşəkarlıqla hazırlanmış Yapon “Oshijusi” suşisinə qədər bənzərsiz ləzzətlər dadınıza yeni dad qatacaq. Hər bir yemək ustalıqla hazırlanır və xüsusi “izakaya” üslubunda təqdim edilir və qonaqları təkcə ləzzətlərdən deyil, həm də unikal bişirmə prosesindən həz almağa dəvət edir.
Hər bir yeməyin dadınıza oxşamasını vəd etdiyi Asiya həyəcanverici kulinariya macərası üçün bizə qoşulun. Biz sizi əsl Asiya ləzzətləri, valehedici estetika və qüsursuz xidmətlərlə heyran etməyə tələsirik.